Soyuqdan 160 nəfər həlak olub

31 Yanvar 2023 10:54 (UTC+04:00)

2023-cü il yanvarın 10-dan qar fırtınası ilə mübarizə aparan və temperaturun -33 dərəcəyə çatdığı Əfqanıstan çox çətin günlər yaşayır. SİA xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq soyuqla yanaşı, davamlı elektrik kəsilməsi səbəbindən gündəlik həyat şəraiti çətinləşir, şaxtalı hava isə insan tələfatına gətirib çıxarır. Yanvarın 10-dan bu yana ölkədə həyatını itirənlərin sayı 160-a çatıb. Ölənlərin əksəriyyəti yanğın və ya evləri qızdırmaq istəyərkən sızan qaz nəticəsində zəhərlənirlər. Ümumdünya Səhiyyə Təşkilatı Əfqanıstanın Bədəhşan əyalətindəki bir kənddə 17 nəfərin "kəskin tənəffüs yolları infeksiyası" səbəbindən öldüyünü açıqlayıb.