Tualetin xarab olması qadının ölməsinə səbəb oldu

31 Yanvar 2023 10:43 (UTC+04:00)

Gündüzləri hidravlik quruluşu ilə yerin altında qalan, gecə isə yerdən yuxarı qaldırılan tualetə qulluq etməyə çalışan bədbəxt işçi sistemdəki nasazlıq səbəbindən tualetin altında qalaraq həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yaralanan şəxs xəstəxanaya çatdırılarkən elə yolda dünyasını dəyişib. Hadisə Londonda baş verib.