Finlandiya Rusiya ilə bağlı qəribə iddia səsləndirib

31 Yanvar 2023 10:32 (UTC+04:00)

Finlandiyanın xarici işlər naziri Pekka Havisto Türkiyənin Stokholm səfirliyi qarşısında Quranın yandırılması təxribatında "Rusiya əlaqəsi" iddiasını gündəmə gətirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Havisto, İslamın düşməni olan təxribatçı Rasmus Paludanın Rusiya ilə əlaqələrinin araşdırıldığını və əlaqə ilə bağlı əhəmiyyətli dəlillər tapıldığını bildirib.