Məşhur aktrisa 45 yaşında vəfat edib

31 Yanvar 2023 03:50 (UTC+04:00)

Bir çox seriallardakı rolları ilə şöhrət qazanan məşhur aktrisa 45 yaşlı Enni Uersinq vəfat edib. SİA xarici mediaya istinadən xəbər verir ki, 2020-ci ildə xərçəng diaqnozu qoyulan gənc aktrisa bir müddət idi ki, xəstəliklə mübarizə aparırdı.

Aktrisanın ölümü haqda məlumat verən meneceri onun hansı növ xərçəngə tutulması ilə bağlı açıqlama verməyib. Aktrisanın vaxtsız ölümü onu sevənləri dərindən üzüb.