Qadın sürət qatarında uşaq dünyaya gətirdi

31 Yanvar 2023 04:13 (UTC+04:00)

Hamilə qadın sürət qatarında səyahət edərkən uşaq dünyaya gətirib. SİA xarici mediaya istinadən xəbər verir ki, hadisə Fransada Paris-Strasburq sürət qatarında olub.

Səyahət edən qadının anidən doğum sancıları başlayıb. Bu səbəbdən sürət qatarı Lotaringiya stansiyasında 80 dəqiqə saxlanılıb. Sürətli qatarda dünyaya göz açan körpə və ana daha sonra xəstəxanaya aparılıb. Onların hər ikisinin səhhətinin yaxşı olduğu və körpəyə Feliks adının qoyulduğu bildirilib.