Kamikadze məsciddə özünü partlatdı - xeyli sayda ölü var

31 Yanvar 2023 02:23 (UTC+04:00)

Pakistanın şimal-qərbindəki Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı artıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, rəsmilər azı 61 nəfərin öldüyünü, 157 nəfərin yaralandığını bildirib.

Məlumata görə, partlayış zamanı məscidin daxilində 120-yə yaxın adam olub. Orada olanların əksəriyyəti polis, ordu və istehkamçılar olub.

Hadisə nəticəsində məscidin bir hissəsi və damı uçub.