Metroda bıçaqlı şəxs sərnişinlərə hücum edib

31 Yanvar 2023 02:11 (UTC+04:00)

Bazar ertəsi axşam saatlarında Belçikanın paytaxtı Brüsselin “Şuman” metro stansiyasında bıçaqla silahlanmış şəxs sərnişinlərə hücum edib, 3 nəfər yaralanıb. SİA xəbər verir ki, Belçika mətbuatının məlumatına görə, həmin şəxs metro vaqonunda insanlara zərbə endirməyə başlayıb, daha sonra platformada insanları təqib etməyə çalışıb. O, dərhal polis tərəfindən saxlanılıb.

Hadisə nəticəsində qatarların hərəkəti müvəqqəti dayandırılıb, insanlar stansiyadan təxliyə edilib.

Bu mərhələdə prokurorluq hücum versiyasını istisna edir. Polis həmin şəxsin psixi pozğunluğa meylli olduğuna inanır.