Suriyada 19 polis əməkdaşı yaralanıb

31 Yanvar 2023 01:03 (UTC+04:00)

Suriyanın Deraa əyalətində bu gün baş verən partlayış nəticəsində 19 polis əməkdaşı yaralanıb. SİA xəbər verir ki, bu barədə “Şam FM” radiostansiyası məlumat yayıb.

Qeyd olunur ki, silahlılar tərəfindən yerləşdirilmiş partlayıcı qurğu magistral yolun yaxınlığında işə salınıb.

Xəsarət alan hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşının vəziyyəti ağırdır, onlar təcili xəstəxanaya yerləşdirilib.