Fərid Qayıbov tanınmış idmançını qəbul edib - FOTO

31 Yanvar 2023 00:17 (UTC+04:00)

Gənclər və idman naziri Fərid Qayıbov dünyanın tanınmış kikboksçularından biri, ONE FC çempionu Çingiz Allazovu qəbul edib. Nazirlikdən SİA-ya verilən məlumata görə, idmançını salamlayan F.Qayıbov ona uğurlu çıxışı münasibətilə təbrikini çatdırıb.

Bakıya səfəri barədə məlumat verən idmançı səmimi qəbula görə təşəkkürünü bildirib.

Qeyd edək ki, hazırda ONE FC reytinqində birinci olan Çingiz Allazov müxtəlif illərdə dəfələrlə K-1, NDC və A-1 üzrə dünya çempionu titullarını qazanıb.