Makron Ukraynaya hərbi təyyarə veriləcəyini istisna etməyib

30 Yanvar 2023 23:46 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makron eskalasiyaya və Fransa Silahlı Qüvvələrinin zəifləməsinə gətirib çıxarmayacağı təqdirdə Ukraynaya qırıcı təyyarələrin veriləcəyini istisna etməyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə BFMTV məlumat verib.

Makronun fikrincə, prinsip etibarı ilə heç nə qadağan deyil və hər bir konkret halı nəzərdən keçirmək lazımdır.