Messi Qətərdə keçirdiyi günlərin xiffətini çəkir

30 Yanvar 2023 22:37 (UTC+04:00)

PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi oğullarının Qətərdə keçirilən DÇ-2022 zamanı millinin çıxışı zamanı necə narahat olduqlarından danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, o deyib: “Bu, mənim və ailəm üçün inanılmaz bir ay oldu. Tiaqo emosiya ilə özünü büruzə verdi. Görün necə həzz aldı, necə əziyyət çəkdi. Amma Niderlandla matçdan sonra ağladı! Səudiyyə Ərəbistanına məğlub olanda Mateo çox narahat idi.

Ən az başa düşən Kirodur, amma digər ikisi bunu əsl fanat kimi yaşadı. Əzab çəkmək, onu doya doya yaşamaq, həzz almaq. Ailəmlə Parisə qayıdanda belə, Qətərdə keçirdiyimiz günlər üçün darıxırdıq. Orada əla vaxt keçirdik”.

Qeyd edək ki, Argentin DÇ-2022-də finalda Fransaya qalib gələrək dünya çempionu olub.