Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə İƏT Parlament İttifaqı yanında müşahidəçi statusu verildi

30 Yanvar 2023 21:42 (UTC+04:00)

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqının Əlcəzairdə keçirilən 17-ci konfransı çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə Parlament İttifaqı yanında, Parlament İttifaqına isə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi yanında müşahidəçi statusunun verilməsi müzakirə olunub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu məsələ üzv parlamentlər tərəfindən yekdilliklə dəstəklənib.

Sonra Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Parlament İttifaqının baş katibi Muhammed Xurayçi Niyass sözügedən məsələyə dair anlaşma memorandumunu imzalayıblar.