Sankt-Peterburqdakı "Hyundai" zavodu nə vaxt dayanacaq?

30 Yanvar 2023 21:39 (UTC+04:00)

Sankt-Peterburqda yerləşən “Hyundai Motor Manufacturing Rus” (HMMR) zavodu dayanma müddətini fevralın sonuna qədər uzadacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə rus saytları şirkət rəhbərliyinin əmrinə istinadən xəbər verirlər.

“2023-cü ilin fevral ayında fasilələrlə bağlı elan barədə sizə məlumat veririk. 20 fevral və 21 fevral şirkətimizin bütün işçiləri üçün iş günü olacaq”.

Qeyd edək ki, bunu zavod rəhbərliyi bildirib.

Şirkətin özü agentliyə şərh verməkdən imtina edib, lakin şirkətin işçiləri keçən il başlayan ixtisarların bu gün də davam etdirilməsinə işarə ediblər.

Xatırladaq ki, Sankt-Peterburqdakı Hyundai zavodu 2022-ci ilin martında Rusiya Federasiyasının Ukraynada xüsusi əməliyyat keçirməsi və sonradan komponentlərin çatdırılmasında yaranan çətinliklərlə əlaqədar öz işini dayandırıb.

Zavod dəfələrlə dayanma müddətini uzadıb və dekabr ayında şirkət işçilərini tədricən ixtisar etməyə başlayıb.

Qeyd edək ki, “Hyundai Motor Manufacturing Rus” zavodu təxminən 2500 nəfər rusu işlə təmin etmişdi.

Ağasəf Babayev