Lunyovun "Qarabağ"a transferi alınmadı

30 Yanvar 2023 21:27 (UTC+04:00)

"Qarabağ"ın direktoru Emrah Çelikel klubun "Bayer"in (Leverkuzen) rusiyalı qapıçısı Andrey Lunyovun Ağdam təmsilçisinə keçidi ilə bağlı razılığa gələ bilmədiklərini söyləyib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə o, championat.com-a açıqlamasında deyib: “Təəssüf ki, Andrey Lunyovun transferi ilə bağlı “Bayer”lə razılaşa bilmədik. Danışıqlar başa çatıb”.

Daha əvvəl futbolçunun agenti "Qarabağ"la yanaşı, qolkiperin karyerasını Türkiyədə və İngiltərə Çempionşipində davam etdirmək variantının olduğunu bildirmişdi.