Barselonaya uçuşlar bərpa edir

30 Yanvar 2023 21:05 (UTC+04:00)

"Azərbaycan Hava Yolları" QSC – AZAL Avropanın məşhur istiqamətinə - Barselonaya reysləri bərpa edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə QASC-nin fesybukdakı rəsmi hesabında məlumat verilir. ⠀

“Ən böyük turizm şəhərlərindən birinə ilk uçuşumuz mayın 2-nə planlaşdırılıb. Barselonaya uçuşlar həftədə iki dəfə, çərşənbə axşamı və bazar günü həyata keçiriləcək. Biletlər artıq www.azal.az saytında və mobil tətbiqində mövcuddur”, - deyə paylaşımda bildirilir.