İran Kiyevdən Podolyakın sözlərinə cavab verməsini tələb edib

30 Yanvar 2023 20:36 (UTC+04:00)

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyakın İranın sənaye obyektlərinin dağıdılması ilə bağlı sözləri təxribat xarakterlidir, Kiyev buna rəsmi cavab verməlidir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani Çafi bildirib.

O, Ukrayna prezidentinin ofisinin müşavirinin düşmənçilik və təxribatçı mövqeyini pisləyib və onun İsfahandakı hərbi obyektə qarşı son düşmənçilik hərəkəti ilə bağlı açıqlamalarını şübhəli adlandırıb.

Çafi, hətta Tehranın Kiyevdən Podolyakın hərəkətlərinə aydın və əsaslı cavab tələb etdiyini də əlavə edib.

Qeyd edək ki, İran rəsmisi bu fikirləri İran Müdafiə Nazirliyinin İsfahandakı obyektinə pilotsuz təyyarə ilə hücumda Kiyevin dolayı iştirakı ilə bağlı bəyanatından sonra bildirib.

Ağasəf Babayev