Peskova görə, Kiyevə verilən yeni silahlar heç nəyi dəyişməyəcək?

30 Yanvar 2023 20:16 (UTC+04:00)

Qərbdən Ukraynaya silah göndərilməsi münaqişənin kəskinləşməsinə səbəb olsa da, bu, Rusiyanın xüsusi əməliyyatının gedişatını dəyişməyəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri yanvarın 30-da keçirdiyi brifinqdə Kremlin sözçüsü Dmitri Peskov deyib.

Kreml sözçüsü bildirib ki, Qərb ölkələrinin Ukraynaya tədarük etdiyi yeni silahlar münaqişənin əhəmiyyətli dərəcədə genişlənməsinə gətirib çıxarır. Onun sözlərinə görə, vəziyyət artıq dalana dirənib, üstəlik, getdikcə daha çox ölkə münaqişəyə cəlb olunur.

Lakin Rusiya prezidentinin mətbuat katibi əmindir, bu, hadisələrin gedişatını dəyişməyəcək və Ukrayna ərazisində xüsusi əməliyyat yenə də davam edəcək.

Yeri gəlmişkən, ötən gün Ukrayna xarici işlər nazirinin müavini Andriy Melnik Berlinin dünyanın ən yaxşı alman sualtı qayıqlarından birini Kiyevə verdiyini bəyan etmişdi.

Və təbii ki, Peskov belə bir xəbərə reaksiya verməyə bilməzdi.

Xatırladaq ki, bir gün əvvəl, yanvarın 29-da Melnik Almaniyaya HDW sinfi 212A sualtı qayığını Ukraynaya verməyi təklif etmişdi.

Ağasəf Babayev