"Davamlı İnkişaf Xidməti - 2 il" adlı hesabat tədbiri baş tutub - YENİLƏNİB - FOTOLAR

30 Yanvar 2023 19:45 (UTC+04:00)

30 yanvar tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Hərəkatın klub və mərkəzləri özündə birləşdirən çətir struktur vahidi Davamlı İnkişaf Xidmətinin fəaliyyətinin 2 illiyinə həsr olunmuş hesabat tədbiri baş tutub. SİA xəbər verir ki, tədbir Xidmətin "Davam" Gənclər Hərəkatının fəaliyyətində oynadığı rol, il ərzində görülən işlər, hədəf və perspektivlərə həsr olunub.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin ictimai inkişaf sektorunun müdiri Samir Mehralıyev, "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, Hərəkatın katibliyi, müxtəlif gənclər təşkilatları və media nümayəndələri iştirak edib.

Tədbirin sonunda Xidmətin fəaliyyətində aktivliyi ilə seçilən klublar nominasiyalar üzrə sertifikatlarla təltif olunub.

Ayşən Vəli