Ukraynadan Polşaya daxil olan qaçqınların sayı

30 Yanvar 2023 19:37 (UTC+04:00)

Ukraynadan Polşaya daxil olan qaçqınların sayı hazırda 9,5 milyonu keçib.

Polşa Sərhəd Mühafizəsinin tviter hesabından edilən paylaşımda Rusiya ilə fevralın 24-də başlayan müharibədən bəri Ukraynadan sıx mühacirətin olduğu xatırladılıb.

SİA-nın əldə etdiyi məlumata görə, paylaşımda ötən gün Ukraynadan ölkəyə cəmi 22 min 700 nəfər daxil olduğu bildirilib.

“Müharibə başlayandan bəri Ukraynadan Polşaya keçənlərin sayı 9 milyon 510 min nəfərə çatıb” paylaşımda qeyd edilib.

Paylaşımda Polşanı tərk edən ukraynalıların sayının 7 milyon 660 min olduğu diqqətə çatdırılıb.