Kadırov danimarkalı siyasətçini “terrorçu” adlandırıb

30 Yanvar 2023 19:19 (UTC+04:00)

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov ultrasağçı Danimarkalı siyasətçi Rasmus Paludanı açıq şəkildə hədələyib: Quranı yandırdırdığına görə.

SİA-nın da əldə etdiyi məlumata görə, bu ikili vətəndaşığı olan Paludanın ilk hərəkəti deyil. Qeyd edək ki, o bundan əvvəl də belə qələtlər etmişdi.

Qeyd edək ki, Ramzan Kadırov İsveç hakimiyyətini bu aksiyanın siyasi qüvvələr tərəfindən “ödənilməsi” ilə bağlı ittiham edib.

Belə ki, Kadırov Telegram kanalında Paludanın hərəkətinə cavab olaraq yazıb: “Uca Allah səbirli və cəzada sərtdir, bil ki, danimarkalı qorxaq!”

Çeçenistan rəhbəri bildirib ki, danimarkalı siyasətçi “müsəlmanları təxribata çəkmək üçün yenidən bunu etmək (Quranı yandırmaqla) üçün sadəcə bəhanə axtarır”.

Qeyd edək ki, Ramzan onu bağışlamayacağı dini terrorçu adlandırıb: “Mənim üçün bu cür təxribatçılar sağlam cəmiyyətin azad edilməli olduğu əsl terrorçulardır”.

Xatırladaq ki, Rasmus Paludan son seçkilərdə 1,8 faiz səs toplayan ifrat sağçı “Stram Kurs” partiyasının qurucusu və lideridir.

Bildirək ki, o, İslam əleyhinə hərəkətləri ilə tanınır.

Ağasəf Babayev