Prezident İlham Əliyev macarıstanlı həmkarını Azərbaycana səfərə dəvət edib

30 Yanvar 2023 18:07 (UTC+04:00)

Macarıstanda yenidən olmaqdan məmnunam. Dünən bizim Baş nazirlə çox dostcasına, qeyri-rəsmi və eyni zamanda, müzakirələrlə dolu görüşümüz oldu. Bu gün biz söhbəti davam edəcəyik.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştdə Macarıstan Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşündə bildirib.

Dövlətimizin başçısı Macarıstan Prezidentini uyğun vaxtda Azərbaycana rəsmi səfərə dəvət edərək bildirib ki, biz dialoqu beləcə davam etdirə bilərik.