Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşları qəbul edəcək

30 Yanvar 2023 17:11 (UTC+04:00)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Adil Kərimli tərəfindən 2023-cü il 17 fevral tarixində saat 10:00-da Şəki şəhər Heydər Əliyev Mərkəzində (Şəki şəhəri, Heydər Əliyev prospekti 216) əsasən Şəki şəhəri, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 13 fevral 2023-cü il tarixinə qədər nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.