Prezident İlham Əliyev Budapeştdə naməlum əsgərin məzarını ziyarət edib - FOTO

30 Yanvar 2023 13:00 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştin Qəhrəmanlar meydanında naməlum əsgərin məzarını ziyarət edib.

Burada dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoyub.