Fərid Qayıbov Çingiz Əlləzovla görüşüb

30 Yanvar 2023 12:33 (UTC+04:00)

Azərbaycanlı kikboksçu Çingiz Əlləzov gənclər və idman naziri Fərid Qayıbovla görüşüb.

SİA-nın məlumatına görə, nazir bu barədə rəsmi "Facebook" hesabından paylaşım edib.

Qayıbov paylaşımda "Champion!" (Çempion) yazıb.

Qeyd edək ki, "One Championship" Dünya Qran Prisinin qalibi və yüngül çəkidə mütləq çempion olan Çingiz Əlləzov yanvarın 27-də Bakıda mətbuat konfransına da qatılıb.