Məişət əşyalarını lotereya uduşu adı altında satan şəxslər saxlanılıb

30 Yanvar 2023 11:02 (UTC+04:00)

Naxçıvan şəhər və Şahbuz rayonu ərazilərində məişət əşyalarını aldatma yolu ilə dəyərindən baha qiymətə lotereya uduşu adı altında satmağa çalışan şəxslər müəyyən edilib.

Naxçıvan Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Şamaxı rayon sakinləri - Səfər Əsədov və Namiq Əsədov saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Araşdırmalarda onların həmin ərazilərdə tanımadıqları həyətlərə girərək əsasən də qadınlara lotereya uduşu adı ilə 30-50 manatlıq məişət əşyalarının 100-500 manata satdıqları aşkarlanıb. Onların əməllərindən zərər çəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyə olunur. Faktla bağlı araşdırmalar davam edir.