Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələri müzakirə edilib

30 Yanvar 2023 10:35 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Ankara şəhərində Avrasiya Yazarlar Birliyinin sədri, yazıçı Yaqub Öməroğlu ilə qarşılıqlı elmi-ədəbi əlaqələri müzakirə edib. AMEA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparılıb.

Avrasiya Yazarlar Birliyinin “Qardaş qələmlər” dərgisində Azərbaycan mövzusunun özünəməxsus yer tutması və daha da genişləndirilməsi məsələsi də nəzərdən keçirilib.
Müzakirədə Avrasiya Yazarlar Birliyinin üzvü, tanınmış şair Əli Akbaş da iştirak edib.