Çinin Yaponiyadakı səfirliyi və konsulluğu yaponlara vizaların verilməsini bərpa edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Tokiodakı səfirliyi məlumat yayıb.
“Bu gündən etibarən Çinin Yaponiyadakı səfirliyi və konsulluğu Çinə səfər edən Yaponiya vətəndaşları üçün müntəzəm vizaların verilməsini bərpa edir”, - deyə məlumatda vurğulanıb.
Yanvarın 10-da Çinin Tokiodakı diplomatik missiyası yaponlara vizaların verilməsinin dayandırılması barədə məlumat yayıb. Bu, rəsmi Tokio Yaponiyaya səyahət edən Çin vətəndaşlarına yola düşməzdən 72 saat əvvəl edilən COVID-19 üçün mənfi test sertifikatı təqdim etməyi və gəldikdən sonra PCR testi verməyi əmr etdikdən sonra baş verib.
Yaponiya hakimiyyəti bu tədbirləri dekabr ayında Çində koronavirusun yayılmasından sonra tətbiq edib.