“Napoli”ni “Roma” da saxlaya bilmədi

30 Yanvar 2023 02:17 (UTC+04:00)

İtaliya A seriyasında 20-ci turun mərkəzi qarşılaşması baş tutub. SİA xəbər verir ki, lider “Napoli” öz meydanında çempionatın iddialı kollektivlərindən olan “Roma”nı qəbul edib.

Turnirin az qala yarısı hələ irəlidə olsa da, oyundan öncə qonaqların baş məşqçisi Joze Mourinyo ev sahiblərini çemiponluq münasibətilə təbrik edib.

“San-Paolo” arenasında keçirilən matça gəlincə, qarşılaşma “Napoli”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.