Yol qəzasında iki qadın xəsarət alıb

30 Yanvar 2023 02:08 (UTC+04:00)

Ələt-Astara magistral avtomobil yolunun Cəlilabaddan keçən hissəsində avtomobil qəzasında iki qadın xəsarət alıb. SİA-nın Muğan bürosunun məlumatına görə, qəza nəticəsində Bakı şəhər sakinləri, 1964-cü il təvəllüdlü G.İskəndərova və 1991-ci il təvəllüdlü Ş.İskəndərli xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.