Azərbaycanın İrandakı səfirliyinin diplomatik fəaliyyəti tamamilə dayandırılıb

29 Yanvar 2023 22:48 (UTC+04:00)

“İrandakı səfirliyimizin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”. SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Orada 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının və qorunması ilə bağlı müəyyən əməkdaşlar səfirlikdə qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər”, - nazir müavini vurğulayıb.