"Azərbaycanın mövqeyi və tələbləri İran səfirliyinin nəzərinə çatdırılıb” - NAZİR MÜAVİNİ

29 Yanvar 2023 22:37 (UTC+04:00)

“Bu hadisə baş verəndən sonra biz ilk öncə İran İslam Respublikasının səfirini nazirliyə dəvətr etmişik. Hadisə ilə bağlı əlimizdə olan ilkin məlumatlar əsasında Azərbaycan dövlətinin mövqeyini və tələblərini İranın ölkəmizdəki səfirliyinin nəzərinə çatdırmışıq”. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Əsas tələbimiz ondan ibarətdir ki, İran məsuliyyət daşıyan dövlət kimi beynəlxalq öhdəlikləri çərçivəsində terror aktını hərtərəfli və təfsilatlı olaraq şəffaf şəkildə tədqiq etməlidir”, - Xələf Xələfov qeyd edib.