İranda yenə zəlzələ olub, Naxçıvanda hiss edilib

29 Yanvar 2023 19:58 (UTC+04:00)

İranın Xoy şəhəri yaxınlığında 4,5 bal gücündə daha bir zəlzələ olub.

SİA APA-ya istinadən xəbər verir ki, zəlzələ saat 18:41-də, yerin 5 kilometr dərinliyində qeydə alınıb.

Təbii hadisə Naxçıvan şəhərində də hiss edilib.

Zəlzələ təxminən 8-10 saniyə davam edib.