Tanınmış aktyorun ABŞ-dakı işi təəccübləndirib

29 Yanvar 2023 09:11 (UTC+04:00)

1980-ci illərdə gənc ikən "Yeşilçam"a addım atan yaraşıqlı aktyor Tolqa Savacı dəyişikliyi ilə gündəm olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, çoxsaylı filmlərdə rol alan Tolqa Savacı körpəyə oxşayan üz cizgiləri ilə diqqət çəkirdi. Yaraşıqlı dedikdə ağıla ilk gələn aktyorlardan biri olan Tolqa Savacı da bir çox gözəl adlarla ortaq olub.

Kinodan sonra televiziyadan tanıdığımız Tolqa Savacı bir müddətdir ki, ekranlardan uzaq bir həyat yaşayır. 2015-ci ildə yazıçı Nermin Bezmen ilə həyatına qatılan və ABŞ-da məskunlaşan Tolqa Savacı sosial şəbəkədə sevənləri ilə ünsiyyət qurur.