Motosikletlə avtomobil toqquşub - xəsarət alan var

29 Yanvar 2023 03:27 (UTC+04:00)

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, 1996-cı il təvəllüdlü Hüseynov Musa Elçin oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.