Türkiyəli sənətçi Bakı səhnəsində yer alacaq

29 Yanvar 2023 05:36 (UTC+04:00)

Türkiyəli sənətçi Candan Ərçətin ilk dəfə Bakı səhnəsində konsert proqramı ilə çıxış edəcək. SİA xəbər verir ki, bu barədə iTicket.az saytı məlumat yayıb. Bildirilib ki, sənətçi mayın 27-i Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Biletlərin qiyməti minimum 10, maksimum isə 220 manat təşkil edir.