Türkiyə hökuməti vətəndaşlarına xəbərdarlıq edib

29 Yanvar 2023 02:25 (UTC+04:00)

Türkiyə hökuməti Avropa və ABŞ-a səfər edən vətəndaşlarına xəbərdarlıq edib. SİA xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi "Twitter" səhifəsində məlumat yayılıb.

Rəsmi açıqlamada bildirilib ki, Avropa ölkələrində irqçi hücumlar və türklər əleyhinə təbliğat geniş vüsət alıb. Bu səbəbdən Avropada yaşayan və ya ora səfər edən Türkiyə vətəndaşlarına maksimum dərəcədə ehtiyatlı olmaq tövsiyə edilib.

Türkiyə hökuməti, həmçinin ABŞ-a səfər edənlərin etirazlardan uzaq durmalarını tövsiyə edib.