İsveçrə Superliqasında 18-ci turun oyunları keçirilir. SİA xəbər verir ki, milli komandamızın üzvü Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" səfərdə "Luqano"nun qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə lə başa çatıb.
Renat Dadaşov matça start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib.
Xallarını 21-ə yüksəldən "Qrasshopper" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.