ABŞ-da 21 nəfər xəsarət alıb

29 Yanvar 2023 02:09 (UTC+04:00)

ABŞ-ın Viskonsin ştatının cənubunda yük maşınları da daxil olmaqla 85 avtomobilin toqquşması nəticəsində ən azı 21 nəfər xəsarət alıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, Ceynsvil şəhərində əlverişsiz hava şəraiti və qar yağması səbəbindən baş verən qəzadan sonra böyük tıxac yaranıb.

Bildirilir ki, hadisə nəticəsində onlarla insan xəsarət alaraq yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hazırda onların həyatları təhlükədə deyil.