Zelenski sanksiya tətbiq edən fərman imzalayıb

29 Yanvar 2023 02:07 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya dəmir yolu nəqliyyatında yardım edən 185 hüquqi və fiziki şəxsə qarşı sanksiya tətbiq edən fərman imzalayıb. SİA-nın xəbərinə görə, bunu Zelenski özünün Telegram kanalında deyib.

“Söhbət 185 şirkət və fiziki şəxsdən gedir. Onların Ukraynadakı aktivləri bloklanıb, əmlak bizim müdafiəmiz üçün istifadə olunacaq”.

Ukrayna Prezidentinin saytında dərc olunan siyahıda 3 fiziki və 182 hüquqi şəxs var.