Gəncədə zəlzələ xəbəri yalandır - FHN

29 Yanvar 2023 01:11 (UTC+04:00)

Gəncədə 3 bala yaxın zəlzələnin qeydə alınması barədə yayılmış məlumat həqiqətə uyğun deyil. SİA-nın xəbərinə görə, bu barədə FHN-dən bildirilib.

Nazirlik qeyd edib ki, “bəzi kütləvi informasiya vasitələrində bu gün axşam saat 22:15 radələrində Gəncə şəhəri istiqamətində 3 bala yaxın zəlzələnin qeydə alınması barədə yayılmış məlumat həqiqətə uyğun deyil”.