Azərbaycan cüdoçusu Qran Pri turnirində gümüş medal qazanıb

29 Yanvar 2023 01:08 (UTC+04:00)

Portuqaliyanın Almada şəhərində keçirilən Qran Pri turnirinin ikinci günündə Azərbaycan cüdoçusu medal qazanıb. SİA xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev yarışı gümüş medalla başa vurub.

Qeyd edək ki, idmançı 2022-ci ildə Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.