60 nəfəri daşıyan avtobus uçurumdan aşıb

29 Yanvar 2023 00:20 (UTC+04:00)

Perunun şimal-qərbindəki Talara əyalətində 60 nəfəri daşıyan avtobus uçurumdan aşıb. SİA-nın xarici mətbuata istinad məlumatına görə, 25 nəfərin öldüyü təsdiqlənib.

Hakimiyyət orqanları hələ ki, xəsarət alanların sayını təsdiqləməyib.