Mərmərə dənizinin rəngi belə dəyişdi - FOTOLAR

29 Yanvar 2023 00:40 (UTC+04:00)

Türkiyənin Muğla şəhərində yağan leysan yağışları Marmaris, Datça, Seydikemer, Milas və Köyceğiz rayonlarında daşqınlara səbəb olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yağışdan sonra dağlardan axan su səbəbindən dənizin firuzəyi rəngi qəhvəyi olub.

2021-ci ildə Marmaris rayonunun İçmələr ərazisində baş verən meşə yanğınında təpələr üzərindəki meşə sahəsi yanıb. Yanan sahədə yağışdan sonra dağlardan axan palçıqlı su dənizin rəngini dəyişib.