İtaliyanın İrandakı səfirliyi terrora münasibət bildirib

29 Yanvar 2023 00:05 (UTC+04:00)

İtaliyanın Tehrandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən silahlı hücuma münasibət bildirib. SİA xəbər verir ki, İtaliyanın İrandakı səfirliyinin tviter hesabında bununla bağlı qeyd olunub: “Səfirliyin binasına və işçilərinə qarşı həyata keçirilən qəddar hücuma görə Azərbaycanın Tehrandakı səfirliyinə dərin hüznlə başsağlığı veririk”.