Şimali Koreyadan isterik reaksiya

28 Yanvar 2023 23:27 (UTC+04:00)

Bu gün isə “Amerikanın səsi” xəbər verir ki, Şimali Koreya Amerika tanklarının Ukraynaya verilməsini pisləyib və bildirib ki, Vaşinqton artıq “qırmızı xətti keçməkdədir.

SİA-nın da qeyd etdiyi kimi, dünən Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq verdiyi açıqlamada Şimali Koreyanın ABŞ-a qarşı Rusiya ilə eyni səngərdə dayanacağını bildirmişdi.

Kim Yo Çen açıqlamasında Ukraynaya qurudan hücum üçün hərbi texnika verməsi səbəbindən Birləşmiş Ştatların hərbi vəziyyəti gərginləşdirməsindən ciddi narahatlığımı bildirmişdi.

Birləşmiş Ştatlar və Qərb ölkələrinin “suveren dövlətlərin özünümüdafiə hüququndan istifadə etməsinə böhtan atmağa nə haqqı, nə də bəhanəsi var.

Bunu da Şimali Koreya liderinin bacısı deyib.

Yeri gəlmişkən Ukrayna kəşfiyyatının məlumatına görə, Şimali Koreya artıq Rusiya tərəfini sursat və atıcı silahlarla təmin edib.

Qeyd edək ki, Pxenyanın Ukraynaya qarşı müharibədə köməyini ABŞ da təsdiqləyib.

Ağasəf Babayev