"Barselona" minimal hesabla da olsa, qalib gəldi

28 Yanvar 2023 22:54 (UTC+04:00)

İspaniya La Liqasında 19-cu turun oyunları keçirilir.

SİA Qol.az-a istinadən xəbər verir ki, "Barselona" bu turda "Jirona" ilə qarşılaşıb. Oyun Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 61-ci dəqqiqədə Pedri vurub.

90+4-cü dəqiqədə isə "Jirona"nın futbolçusu Miçel qırmızı vərəqə alıb.

Qeyd edək ki, "Barselona" 18 oyundan sonra turnir cədvəlində 47 xalla 1-ci, "Jirona" isə (19 oyun) 21 xalla 12-cidir.