İsveçli...daha 100 Quran yandırılmasını təklif edir?

28 Yanvar 2023 21:37 (UTC+04:00)

İsveç Demokrat Partiyasının baş katibi Riçard Jomşof Türkiyənin Stokholmdakı son mitinqə reaksiyasına cavab olaraq daha 100 “Qurani-Kərim”in yandırılmasını təklif edib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Expressen” yazır.

Avropalı siyasətçinin fikrincə, guya söz azadlığı İsveçin NATO-ya müraciətindən daha vacibdir.

“Sən küfr edə bilərsən, ya da təhqir edə bilərsən. Bu, söz və ifadə azadlığının bir hissəsidir.

Qeyd edək ki, bunu partiya katibi deyib.

Bir daha xatırladaq ki, yanvarın əvvəlində Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilib və etirazçılar “Qurani-Kərim”i yandırıblar.

Etiraz aksiyasını danimarkalı-isveçli ifrat sağçı siyasətçi Rasmus Pauludans təşkil edib.

Onu da bildirək ki, o, İsveç NATO-ya daxil olana qədər yeni addımlar atacağını bəyan edib.

Ağasəf Babayev