"Liverpul" "Fənərbağça"nın müdafiəçisini transfer edir

28 Yanvar 2023 21:28 (UTC+04:00)

“Liverpul” klubu “Fənərbağça”nın müdafiəçisi Atilla Szalaiyi transfer etmək istəyir.

SİA-nın əldə etdiyi məlumata görə, Van Daykın zədələnməsindən sonra müdafiəçi axtarışında olan klub, macar müdafiəçini diqqətə alıb. Baş məşqçi Yurgen Klopp 25 yaşlı futbolçunun keçidinin baş tutmasında israrlıdır.

İngiltərə mətbuatında "Liverpul"un onun üçün hərəkətə keçdiyi bildirilir.