Macarıstan Prezidenti Azərbaycana başsağlığı verib

28 Yanvar 2023 20:42 (UTC+04:00)

Macarıstan Prezidenti Katalin Novak İranın paytaxtında Azərbaycanın bu ölkədəki səfirliyinə qarşı törədilən hücumu qətiyyətlə pisləyib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Macarıstanın dövlət başçısı tviter mikrobloqunda bütün Azərbaycana, o cümlədən dəhşətli terror aktı nəticəsində diplomatik missiyanın həlak olan əməkdaşının ailəsinə başsağlığı verib.