Çexiyada keçirilən prezident seçkilərində Petr Pavel qalib gəlib

28 Yanvar 2023 19:44 (UTC+04:00)

Çexiyada keçirilən prezident seçkilərində istefada olan general, NATO-nun hərbi komitəsinin sabiq sədri Petr Pavel qələbə qazanıb.

SİA-nın əldə etdiyi məlumata görə, sabiq baş nazir Andrey Babiş rəqibi Petr Pavelə çatacaq qədər səs toplaya bilməyəcək. Çexiyanın Baş naziri Petr Fiala mətbuat konfransında Petr Pavelin qalib gəldiyini təsdiqləyib və ölkənin dördüncü prezidenti seçilməsi münasibətilə onu təbrik edib.

Çexiya Statistika Komitəsinin məlumatına görə, Petr Pavel prezident seçkilərinin ikinci turunda səslərin 95,5 faizi sayıldıqdan sonra 57,59 faiz səs toplayıb. Onun rəqibi Andrey Babiş isə seçicilərin yalnız 42,4 faizinin dəstəyini qazanıb. Seçkilərdə fəallıq 70,17 faiz təşkil edib.